"Soyuz MS12" Beynəlxalq Kosmik Stansiyaya birləşib


Dünya 15 Mar 2019 21:45:00 277 0

"Soyuz MS12" Beynəlxalq Kosmik Stansiyaya birləşib

Martın 14-də Baykonur kosmodromundan kosmosa buraxılan "Soyuz MS-12" gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, birləşmə anı Rusiyanın "Roskomos" agentliyinin saytında canlı yayımlanıb. Kosmik gəminin göyərtəsində olan kosmonavtlar - rusiyalı Aleksey Ovçinin, amerikalılar Nik Heyq və Kristina Kuku Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar rusiyalı Oleq Kononenko, ABŞ və Kanada nümayəndələri Enn Makkleyn və David Sen-Jak qarşılayıblar.

Bildirilir ki, "Soyuz MS-12" Yerin ətrafında dörd dairə vurduqdan sonra (standartlar 34 dairədir) qısa uçuşunu başa çatdırıb. Ovçinin və Heyqin ötən il oktyabrın 11-də Beynəlxalq Kosmik Stansiyaya uçmaq cəhdi uğursuzluqla nəticələnmişdi.