Altsheymer xəstəliyini erkən mərhələdə gözün tor qişasının müayinəsi ilə aşkarlamaq mümkündür


Digərləri 15 Mar 2019 21:22:00 191 0

Altsheymer xəstəliyini erkən mərhələdə gözün tor qişasının müayinəsi ilə aşkarlamaq mümkündür

ABŞ-dakı Dyuk Universitetinin alimləri Altsheymer xəstəliyinin erkən mərhələdə aşkar edilməsi üçün yeni üsul tapıblar. Tədqiqatçılar təsdiqləyirlər ki, xəstəliyin inkişaf markeri gözün tor qişasının vəziyyətindəki spesifik dəyişikliklərdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu kəşf barədə "Ophthalmology Retina" jurnalında bəhs edilir.

Tədqiqatçılar hesab edirlər ki, gözün tor qişasının vəziyyətinə görə aparılan Altsheymer diaqnostikası bu xəstəliyi patologiyadan şübhələnməyə və onu müəyyənləşdirməyə şərait yaradan koqnitiv funksiyaların azalmasına uzun müddət qalanadək aşkarlamağa imkan verir. Mütəxəssislər bundan ötrü əsasən optik koqerent tomoqrafiyasından istifadə olunmasını təklif edirlər. Bu müayinənin köməyi ilə həkimlər gözün tor qişasının arxa hissəsindəki kapillyarlarda qan axınını öyrənirlər. Alimlər təsdiq edirlər ki, gözün tor qişasının qan təchizatında pozulmalar birbaşa Altsheymer xəstəliyinin inkişafı ilə assosiasiya edilir.

Alimlər 133 nəfər sağlam, 39 nəfər Altsheymer xəstəsi, həmçinin koqnitiv pozulmaların müşahidə edildiyi 37 nəfər üzərində eksperiment aparıblar. Optik koqerent tomoqrafiyasının köməyi ilə bütün iştirakçılarda gözün tor qişasının vəziyyəti yoxlanılıb. Bu üsulun təsirli olması məlum olub.