Çinin Xarici Əlaqələr İnstitutu: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan düzgün siyasət yürüdür


Digərləri 15 Mar 2019 20:54:08 74 0

Çinin Xarici Əlaqələr İnstitutu: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan düzgün siyasət yürüdür

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslı və düzgün siyasət yürüdür və bunun nəticəsi kimi özünü etibarlı strateji tərəfdaş və müttəfiq kimi göstərə bilib.

Bakı. Mətanət Nəsibova - Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslı və düzgün siyasət yürüdür və bunun nəticəsi kimi özünü etibarlı strateji tərəfdaş və müttəfiq kimi göstərə bilib. Bunu Trend-ə VII Qlobal Bakı Forumu çərçivəsində Çinin Xarici Əlaqələr İnstitutunun vitse-prezidenti Lian Ciankan deyib. O, Azərbaycanın regionda aparıcı ölkə olduğunu bildirib: "Çin Azərbaycanın xarici siyasətini dəstəkləyir, həmçinin ölkənin beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rol oynadığını hesab edir. Biz Azərbaycanın xarici arenada siyasətini və qlobal proseslərdə fəal iştirakını alqışlayırıq". L.Ciankan vurğulayıb ki, Qlobal Bakı Forumunun keçirilməsi çox mühüm hadisədir: "Forum Azərbaycanın regionun aparıcı oyunçusu kimi əhəmiyyətini təsdiqləyir. Bir çox ölkələr Azərbaycanla sıx və davamlı əməkdaşlıq əlaqələri qurmaq istəyir". Xarici Əlaqələr İnstititunun vitse-prezidenti deyib ki, Azərbaycanla Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət əsasında inkişaf edir və ikitərəfli əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsi üçün yaxşı perspektivlərə malikdir: "Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var. Hesab edirəm ki, Qlobal Bakı Forumu Çin və Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə təkan verəcək". Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 55 ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Rus model qürub çağı çılpaq like
  • 15 Mar 20:54  
Digərləri Rus model qürub çağı çılpaq

Tez-tez açıq-saçıq fotoları ilə gündəmə gələn məşhur rus tennisçi

arrow Ətraflı
İlin əvvəlində 12369 körpə doğulub like
  • 15 Mar 20:51  
Digərləri İlin əvvəlində 12369 körpə doğulub

2019-cu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat ş

arrow Ətraflı
Ukraynanı 10 milyon insan tərk etdi like
  • 15 Mar 20:49  
Dünya Ukraynanı 10 milyon insan tərk etdi

Ukraynanı indiyə qədər 10 milyondan çox insan tərk edib.

arrow Ətraflı
"Təqribən 800 min nəfərinin vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq" like
  • 15 Mar 20:39  
Digərləri "Təqribən 800 min nəfərinin vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq"

Son.az xəbər verir ki, problemli kreditlərlə bağlı ölkə başçısının

arrow Ətraflı
İsrail Qəzzada 100ə yaxın hədəfi bombalayıb like
  • 15 Mar 20:34  
Dünya İsrail Qəzzada 100ə yaxın hədəfi bombalayıb

İsrail hərbçiləri Qəzza zolağında təxminən 100-ə yaxın hədəfi vurub

arrow Ətraflı
İlin əvvəlində 12369 körpə doğulub like
  • 15 Mar 20:31  
Digərləri İlin əvvəlində 12369 körpə doğulub

2019-cu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat ş

arrow Ətraflı
Ukrayna vətəndaşı fermada qul kimi işlədildi like
  • 15 Mar 20:29  
Kriminal Ukrayna vətəndaşı fermada qul kimi işlədildi

Ağstafa rayonunda Ukrayna vətəndaşını məcburi əməyə cəlb etməkdə t

arrow Ətraflı
Mingəçevirdə 5ci mərtəbədən yıxılan qızdan xəbər var like
  • 15 Mar 20:24  
Digərləri Mingəçevirdə 5ci mərtəbədən yıxılan qızdan xəbər var

"Bir qədər əvvəl Bakı şəhər 1 saylı hospitalın baş həkimi Ədal

arrow Ətraflı
Səudiyyədən qalmaqallı Qaşıqçı açıqlaması like
  • 15 Mar 20:19  
Dünya Səudiyyədən qalmaqallı Qaşıqçı açıqlaması

Ötən ilin oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbul baş konsullu

arrow Ətraflı
İlahiyyat İnstitutunda “BMT-nin Könüllülər Proqramı” təqdim olunub like
  • 15 Mar 20:17  
Digərləri İlahiyyat İnstitutunda “BMT-nin Könüllülər Proqramı” təqdim olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) BMT-nin Azərbaycan üzrə könüll

arrow Ətraflı
Feysbukda “nöqtə qoyun” istəyi işə yarayırmı? like
  • 15 Mar 20:14  
Digərləri Feysbukda “nöqtə qoyun” istəyi işə yarayırmı?

Ötən iki gün ərzində Feysbuk, Votsap və İnstaqram sosial şəbəkələrin

arrow Ətraflı
Ermənistan polisi vətəndaşların telefonlarını dinləyəcək like
  • 15 Mar 20:09  
Digərləri Ermənistan polisi vətəndaşların telefonlarını dinləyəcək

Ermənistan Polisinə vətəndaşların gündəlik telefon söhbətlərini dinl

arrow Ətraflı
Almaniya azərbaycanlıları bir araya gəlib like
  • 15 Mar 20:07  
Digərləri Almaniya azərbaycanlıları bir araya gəlib

Berlində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının geniş iclası

arrow Ətraflı
Keçmiş məhbuslar niyə iş tapa bilmir? like
  • 15 Mar 20:04  
Digərləri Keçmiş məhbuslar niyə iş tapa bilmir?

Beş ay öncə azadlığa buraxılan Sədi Mirzəyev özünə iş tapa bilmir.

arrow Ətraflı