Səudiyyədən qalmaqallı Qaşıqçı açıqlaması


Dünya 15 Mar 2019 20:19:00 232 0

Səudiyyədən qalmaqallı Qaşıqçı açıqlaması

Ötən ilin oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçıyla bağlı müəmma hələ də ortadadır.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, beynəlxalq ictimaiyyət istintaq üçün çağırışlar edir. Səudiyyə Ərəbistanı isə bu çağırışlara qalmaqallı cavab verib.

Səudiyyə Ərəbistanı İnsan Hüquqları Komissiyasının sədri Bəndər bin Məhəmməd əl-Aiban BMT İnsan Hüquqları Şurasına qorxunc bir cinayət və bədbəxt hadisə kimi qiymətləndirdikləri Qaşıqçı cinayəti səbəbindən dəhşətə düşdüklərini bildirib. Əl-Aiban bildirib ki, Qaşıqçı cinayətini beynəlxalq səviyyəyə daşımaq cağırışlarının əleyhinə olduqlarını və bu işin Səudiyyə Ərəbistanının daxili məsələsi olduğunu deyib.