Almaniya azərbaycanlıları bir araya gəlib
Digərləri 15 Mar 2019 20:07:07 216 0
Berlində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının geniş iclası keçirilib.
Bakı.
Berlində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının geniş iclası keçirilib.
İclasda Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Komitə sədri diaspor siyasətinin prioritet istiqamətləri barədə danışıb və son bir ildə görülən işlərlə bağlı məlumat verib. Diaspor siyasətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra Koordinasiya Şurasının hesabatı dinlənilib və Şuranın İdarə heyətinin sədri Yaşar Musayev görülən işlər barədə danışıb, Şuranın gələcək planlarını diqqətə çatdırıb.
Dövlət başçısının sərəncamı ilə yaradılan və artıq fəaliyyətə başlayan Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. İcraçı direktor Elşad Əliyev fondun fəaliyyət istiqamətləri barədə danışıb.
Mənbə: az.trend.az