Qazaxıstan gimnastı: Bakıda bizi çox yaxşı qarşılayırlar


Digərləri 15 Mar 2019 19:38:06 194 0

Qazaxıstan gimnastı: Bakıda bizi çox yaxşı qarşılayırlar

İdman gimnastikası üzrə Dünya Kubokunda iştirak edən Qazaxıstan gimnastı Yekaterina Çuykina öz çıxışını məqbul qiymətləndirir

Bakı. Cani Babayeva - İdman gimnastikası üzrə Dünya Kubokunda iştirak edən Qazaxıstan gimnastı Yekaterina Çuykina öz çıxışını məqbul qiymətləndirir. Bunu Trend-ə gimnast özü deyib. O, Bakıya ilk dəfə gəldiyini bildirib: “Bakıda hər şey mənim xoşuma gəlir, burada bizi çox yaxşı qarşıladılar. Hər şey çox gözəldir. Yarış yüksək səviyyədə keçir, rəqabət güclüdür”.