Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçirilib (FOTO)


Digərləri 15 Mar 2019 19:21:00 75 0

Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçirilib (FOTO)

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclası keçirilib.

Bakı. Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclası keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda nazir, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. İkitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, tarixə və adət-ənənələrə malik olması da əhəmiyyətli rol oynayır. Son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələrdə 150-dən çox, son 5 ildə 50-yə yaxın sənəd imzalanıb. Dövlət Komissiyasının ötən iclasından keçən dövrdə görülmüş işlər barədə məlumat verən Ş.Mustafayev bildirib ki, Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 1000-i ötüb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 mlrd. ABŞ dollarına çatıb. Azərbaycan iş adamları da İran iqtisadiyyatına investisiyalar yatırır. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir, Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu tikiləcək. Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət sahəsində ciddi irəliləyişlərə nail olunub, 2018-ci ildə ticarət dövriyyəsi 74% artaraq 446 mln. dollar təşkil edib. Bununla belə, ticarət dövriyyəsinin artırılması və strukturunun şaxələndirilməsi üçün böyük potensial var. Ş.Mustafayev qeyd edib ki, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi və verilən tapşırıqların icrası nəticəsində nəqliyyat-tranzit sahəsində mühüm işlər görülüb. 2016-cı ildə Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Sazişin və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanması həyata keçirilən tədbirlər üçün hüququ zəmin yaradıb. Tarixi əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb. Bununla yanaşı. Astarada iki ölkənin dəmir yollarının birləşdirilməsinə nail olunub, Astaraçay çayı üzərində dəmir yolu körpüsü istismara hazır vəziyyətə gətirilib, quru yük terminalının 1-ci fazası istifadəyə verilib. Mart ayının 6-da Qəzvin-Rəşt dəmir yolunun açılması yalnız Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin də inkişafı istiqamətində atılmış çox mühüm addımdır. İki ölkə arasında mühüm əməkdaşlıq istiqamətlərindən biri də sərhəd və gömrük sahəsində əməkdaşlıqdır. Bu sahədə görülən işlərdən danışan Şahin Mustafayev örən ilin mayından Biləsuvar, Astara və Culfa sərhəd-keçid məntəqələri 24 saatlıq iş rejiminə keçdiyini, Şahtaxtı-Poldəşt məntəqəsinin iş rejiminin bu ilin fevral ayından 12 saatdan 16 saata artırıldığını qeyd edib. Vurğulanıb ki, Azərbaycan və İran energetika sahəsində də səmərəli əməkdaşlıq edirlər. SOCAR və İranın NİCO şirkəti arasında uğurlu əməkdaşlıq əlaqələri vardır. Ölkələrimiz arasında Naxçıvan Muxtar Respublikasının qazla təmin olunmasında əməkdaşlıq həyata keçirilir. “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad və Marazad" SES və hidroqovşaqlarının tikintisi və istismarı üzrə Birgə Texniki Komissiyalar yaradılıb, bu istiqamətdə birgə iş aparılır. Eyni zamanda, 330 kv-luq İmişli-Parsabad elektrik xətti tikilib. 2016-cı ildə Hökumətlər arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi imzalanıb, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.
Gələn aydan çoxuşaqlı analara verilən müavinət artırılır like
  • 15 Mar 19:19  
Digərləri Gələn aydan çoxuşaqlı analara verilən müavinət artırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il

arrow Ətraflı
Azərbaycanda seçicilərin sayı məlum olub like
  • 15 Mar 19:09  
Digərləri Azərbaycanda seçicilərin sayı məlum olub

Azərbaycanda seçicilərin sayı məlum olub.

arrow Ətraflı
Paparazziləri görüb qəribə hərəkətlər edən məşhurlar like
  • 15 Mar 19:04  
Digərləri Paparazziləri görüb qəribə hərəkətlər edən məşhurlar

Məşhurların bir qismi paparazzilərlə qarşılaşanda aqressivləşir.

arrow Ətraflı
Deputatdan TƏKLİF: like
  • 15 Mar 18:59  
Digərləri Deputatdan TƏKLİF:

"Təhsil sahəsində aparılan islahatlarda bəzi məqamların nəzərə al

arrow Ətraflı
Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib like
  • 15 Mar 18:57  
Digərləri Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib

“Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının b

arrow Ətraflı
Dünya ulduzu Bakıya gələcək like
  • 15 Mar 18:54  
Digərləri Dünya ulduzu Bakıya gələcək

Dünyaca məşhur britaniyalı müğənni Sem Smit Azərbaycana gələcək. 

arrow Ətraflı
Səfir: Cənubi koreyalı idmançılar şəhərdən və turnirdən çox razıdır like
  • 15 Mar 18:49  
Digərləri Səfir: Cənubi koreyalı idmançılar şəhərdən və turnirdən çox razıdır

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edən cənubi korey

arrow Ətraflı
Sergey Lavrov Türkiyəyə gedir like
  • 15 Mar 18:47  
Dünya Sergey Lavrov Türkiyəyə gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

arrow Ətraflı
Ayselə 150 minlik PORŞE bağışladığı deyilən "Yetim" kimdir? like
  • 15 Mar 18:44  
Digərləri Ayselə 150 minlik PORŞE bağışladığı deyilən "Yetim" kimdir?

Müğənni Aysel Əlizadənin ailəsini dağıtdığını iddia edən Turanə N

arrow Ətraflı
"Azercell"dən Novruz hədiyyəsi! like
  • 15 Mar 18:43  
Digərləri "Azercell"dən Novruz hədiyyəsi!

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC

arrow Ətraflı
Sergey Lavrov Türkiyəyə gedir like
  • 15 Mar 18:37  
Digərləri Sergey Lavrov Türkiyəyə gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

arrow Ətraflı
Ümumdünya Yuxu günü imiş like
  • 15 Mar 18:34  
Digərləri Ümumdünya Yuxu günü imiş

15 mart dünyada Ümumdünya Yuxu Günü kimi qeyd edilir. 

arrow Ətraflı