Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib


Digərləri 15 Mar 2019 18:57:16 236 0

Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib

“Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları” mövzusunda təlim keçirilib.

Bakı. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının birgə təşkilatçılığı ilə 14-15 mart tarixlərində mikro, kiçik və orta biznes subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə “Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları” mövzusunda təlim keçirilib. KOBİA-dan Trend-ə verilən məlumata görə, 2 gün davam edən təlimdə mövzuya dair müxtəlif təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.