"Azercell"dən Novruz hədiyyəsi!


Digərləri 15 Mar 2019 18:43:00 275 0

"Azercell"dən Novruz hədiyyəsi!

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC abunəçilərini Novruz Bayramı ərəfəsində sevindirməyə davam edir.

Bakı. Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC abunəçilərini Novruz Bayramı ərəfəsində sevindirməyə davam edir. Azercell müştərilərinə bayram əhval-ruhhiyəsi bəxş etmək üçün musiqi sevərlərə xüsusi kampaniya təqdim edir. Belə ki, Azercell mart ayının 15-dən aprel ayının 15-nə kimi hər 1GB, 5GB, 10GB, 50 GB (Limitsiz internet) həcmində aylıq mobil interneti paketi sifariş edən və ya GəncOl5, GəncOl8, Hədsiz, Hədsiz İnternet tarif paketlərinindən birini aktiv edən abunəçilərinə ZVUK-dan (onlayn musiqi tətbiqi) 30 günlük pulsuz abunəlik hədiyyə təqdim ediləcək. 40 milyondan artıq musiqi parçasını smartfona daşıyan Zvuk xidməti, istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək abunəçilərə öz play listlərini yaratmaq imkanı verir. Kampaniya çərçivəsində xidmətdən istifadə etmək üçün, “Zvuk” mobil tətbiqini Google Play (Android) və ya App Store (iPhone) platformalarından yükləmək kifayətdir.