Valideynlərdən “Azərişıq”ın abonent kodunun tələb edilmə səbəbi açıqlandı


Digərləri 15 Mar 2019 18:39:00 257 0

Valideynlərdən “Azərişıq”ın abonent kodunun tələb edilmə səbəbi açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə valideynlərdən "Azərişıq" ASC-nin abonent kodunun hansı səbəbdən tələb edildiyini açıqlayıb.

Son.az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, ünvan dəqiqləşməsi üçün yeni imkan ümumi təhsil məktəblərinin müəyyən edilmiş ərazisində daimi qeydiyyatı olmadan yaşayan valideynlərə həmin ərazidə daimi yaşadığını təsdiq etmək üçün yaradılıb və əvvəlki illərdə də tətbiq olunub. Ümumi təhsil məktəblərinin müəyyən edilmiş ərazisində yaşayan valideynin daimi qeydiyyatı yoxdursa, valideyn həmin ərazidə daimi yaşadığını təsdiq edən məlumat kimi "Azərişıq" ASC-nin abonent kodunu sistemə daxil edə bilər.

İdarədən qeyd edilib ki, əgər valideyn prioritetlər əsasında şagird qəbulu aparılan məktəb seçərsə, sistem qeyd edilən prioritetlərdən birini təklif edir: