İsrailin sabiq XİN rəhbərindən Fələstin məsələsi ilə bağlı


Dünya 15 Mar 2019 18:24:00 236 0

İsrailin sabiq XİN rəhbərindən Fələstin məsələsi ilə bağlı

"Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə bağlı hər iki tərəf üçün sülh müqaviləsi hazırlamaq lazımdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İsrail dövlət xadimi, keçmiş xarici işlər naziri Tsipi Livni Vİİ Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu çoxillik münaqişənin nizamlanması regionda və bütün dünyada sülhə gətirib çıxara bilər.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.