İdman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında dayaqla tullanmada finalçılar məlum olub


Digərləri 15 Mar 2019 17:50:00 202 0

İdman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında dayaqla tullanmada finalçılar məlum olub

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında dayaqla tullanmada finalçılar məlum olub

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında dayaqla tullanmada finalçılar məlum olub. Trend-in məlumatına görə, finala Kristofer Remkes (Avstraliya), Dominik Kanningem (Böyük Britaniya), Yan Hakson (Cənubi Koreya), Kolin van Viklen (ABŞ), Denis Ablyazin (Rusiya), Yeqor Şaramkov (Belarus), Cehvan Şin (Cənubi Koreya), İqor Radivilov (Ukrayna) vəsiqə qazanıb. Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.