İdman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində “AGF Trophy” mükafatları təqdim edilib (FOTO)


Digərləri 15 Mar 2019 17:36:52 252 0

İdman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində “AGF Trophy” mükafatları təqdim edilib (FOTO)

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi “AGF Trophy” mükafatı təqdim edilib

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi “AGF Trophy” mükafatı təqdim edilib. Trend-in məlumatına görə, mükafatla yarışlar zamanı ən yüksak xal toplamış Ceyd Keri (ABŞ) və Konstantin Kuzovkov (Gürcüstan) təltif edilib. Mükafatları AGF-in baş katibi Nurlana Məmmədzadə təqdim edib.