Deputatdan təklif: Siniflərdə şagirdlərin sayı 15-dən artıq olmasın


Digərləri 15 Mar 2019 17:29:55 220 0

Deputatdan təklif: Siniflərdə şagirdlərin sayı 15-dən artıq olmasın

Təhsil sahəsində aparılan islahatlarda bəzi məqamların nəzərə alınması da fikrimizcə faydalı olardı.

Bakı. Elçin Mehdiyev - Təhsil sahəsində aparılan islahatlarda bəzi məqamların nəzərə alınması da fikrimizcə faydalı olardı. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib. F.Ağamalının fikrincə, dərs yükünün 18 saatdan 12 saata endirilməsi, siniflərdə şagirdlərin sayının 15 nəfərdən artıq olmaması təhsilin keyfiyyətinə əhəmiyyətli təsir göstərərdi.