İsrailin sabiq XİN rəhbəri Fələstinlə münaqişənin nizamlanması üçün sülh müqaviləsi hazırlamağı təklif edib


Digərləri 15 Mar 2019 17:03:04 242 0

İsrailin sabiq XİN rəhbəri Fələstinlə münaqişənin nizamlanması üçün sülh müqaviləsi hazırlamağı təklif edib

Fələstin-İsrail münaqişəsinin nizamlanması üçün hər iki tərəf üçün sülh müqaviləsi hazırlamaq lazımdır

Bakı. Mətanət Nəsibova - Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə bağlı hər iki tərəf üçün sülh müqaviləsi hazırlamaq lazımdır. Trend-in məlumatına görə, bunu İsrail dövlət xadimi, keçmiş xarici işlər naziri Tsipi Livni Vİİ Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu çoxillik münaqişənin nizamlanması regionda və bütün dünyada sülhə gətirib çıxara bilər. Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin