“Bəxtimizin gətirdiyini deməzdim” - Klopp


İdman 15 Mar 2019 17:00:00 235 0

“Bəxtimizin gətirdiyini deməzdim” - Klopp

Liverpool-un baş məşqçisi Yurgen Klopp ÇL-nın ¼ mərhələsinin püşkünün nəticəsini təhlil edib.

Goal.az xəbər verir ki, mütəxəssisin komandası bu mərhələdə Porto ilə qarşılaşacaq. “Porto ilə bir dəfə qarşılaşmışıq. Həmin oyunda çox əziyyət çəkdik. Qalib gəldik. Amma Porto-nun xarakter nümayiş etməsi məni heyrətləndirdi. Püşkdən narazı deyiləm. Bəxtimizin gətirdiyini də deməzdim. Artıq rəqibin kim olduğunu bilirik. Bizə oyuna hazırlaşmaq qalır”, - Klopp bildirib.