Deputat: İcbari tibbi sığortanın tətbiqi qanunsuz ödənişlərin qarşısını alacaq


Digərləri 15 Mar 2019 16:51:00 220 0

Deputat: İcbari tibbi sığortanın tətbiqi qanunsuz ödənişlərin qarşısını alacaq

2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq olunacaq.

Bakı. Elçin Mehdiyev - 2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq olunacaq. Bununla da qanunsuz ödənişlərin qarşısı alınacaq. Trend-in məlumatına görə, bunu deputat Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib. R.Mahmudov bildirib ki, icbari tibbi sığorta sistemi tətbiq edilməsindən sonra tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər. Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanların olduğunu deyən deputat söyləyib ki, son illər 700-dən çox texnika ilə təmin edilən xəstəxanalar məhsuldarlığın artırılmasına imkanlar yaradır.