İdman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə finalçılar məlum olub


Digərləri 15 Mar 2019 16:58:31 169 0

İdman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə finalçılar məlum olub

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə finalçılar məlum olub

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə finalçılar məlum olub. Trend-in məlumatına görə, finala Lara Mori (İtaliya), Ceyd Keri (ABŞ), Vanessa Ferrari (İtaliya), Varvara Zubova (Rusiya), Marin Boyer (Fransa), Emma Nedov (Avstrtaliya), Diana Varinska (Ukrayna), Ana Cerek (Xorvatiya) vəsiqə qazanıb. Azərbaycan gimnastı Marina Nekrasova finala vəsiqə qazana bilməyib. O, 12,366 xal toplayaraq 14-cü yerdə qərarlaşıb.