Parlamentdə tələbə yataqxanaları ilə bağlı yeni təklif


Digərləri 15 Mar 2019 16:40:00 170 0

Parlamentdə tələbə yataqxanaları ilə bağlı yeni təklif

Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb. Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov bununla "Tik-idarə et-təhvil ver" (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib. V.Ələsgərov bildirib ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Vitse-spiker bildirib ki, dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir.