“AzerGold” QSC optimallaşdırma işlərini davam etdirir


Digərləri 15 Mar 2019 15:30:00 229 0

“AzerGold” QSC optimallaşdırma işlərini davam etdirir

“AzerGold” QSC istehsalatda əməliyyat proseslərinin optimallaşdırılmasını davam etdirir.

Bakı. “AzerGold” QSC istehsalatda əməliyyat proseslərinin optimallaşdırılmasını davam etdirir. QSC-dən Trend-ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində Daşkəsən şəhərində yerləşən 110/35/6 kV-luq yarımstansiyadan Çovdar filiz emalı sahəsinə ümumi uzunluğu 8.9 km təşkil edən, 71 ədəd dayaqdan ibarət olan 35 kV-luq Elektrik Veriliş Xətti (EVX) çəkilib. Hava xəttində istifadə olunan AS 120 mm² naqilinin nominal yük götürmə qabiliyyəti 390 A-ə bərabərdir.