“ADA” Universiteti və “Azərbaycan Sənaye Korporasiyası” ASC iqtisadiyyat və biznes sahəsində gənc istedadları birgə dəstəkləyəcək (FOTO)


Digərləri 15 Mar 2019 15:36:00 225 0

“ADA” Universiteti və “Azərbaycan Sənaye Korporasiyası” ASC iqtisadiyyat və biznes sahəsində gənc istedadları birgə dəstəkləyəcək (FOTO)

“Azərbaycan Sənaye Korporasiyası” ASC və “ADA” Universiteti arasında anlaşma Memorandumu imzalanıb.

Bakı. “Azərbaycan Sənaye Korporasiyası” ASC və “ADA” Universiteti arasında anlaşma Memorandumu imzalanıb. ASC-dən Trend-ə verilən məlumata görə, sənədi universitetin icraçı prorektoru Fariz İzmayılzadə və Korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıblar. Universitetin icraçı prorektoru F.İzmayılzadə imzalanan anlaşmanın tələbə və məzunların məşğulluq imkanları, eləcə də elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyət daşıdığını bildirib.