“Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada nəşr olunub


Digərləri 15 Mar 2019 15:20:00 199 0

“Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada nəşr olunub

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin həyata keçirdiyi növbəti beynəlxalq nəşr layihəsi – “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada işıq üzü görüb.

Bakı. Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin həyata keçirdiyi növbəti beynəlxalq nəşr layihəsi – “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada işıq üzü görüb. Mərkəzdən Trend-ə verilən məlumata görə, iyirmi səkkiz hekayədən ibarət kitaba klassik və çağdaş Azərbaycan ədəbiyyatının, İsmayıl bəy Qutqaşınlı, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Şahmar, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, İlqar Rəsul, Şərif Ağayev və digər yazıçıların əsərləri toplanıb.