İsmayıllıda "Jiquli"lərə qənim kəsilənlər tutuldular FOTO


Digərləri 15 Mar 2019 15:09:00 249 0

İsmayıllıda "Jiquli"lərə qənim kəsilənlər tutuldular  FOTO

Martın 14-də İsmayıllı  Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 3 nəfər rayon sakini onlara məxsus "VAZ 2106" markalı avtomobillərdən akkumulyatorların oğurlanması barədə məlumat veriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə,  daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Asim Məmmədov saxlanılıb. O, oğurladığı akkumulyatorları rayon ərazisində onların alqı-satqısı ilə məşğul olan yerlərə satıb. Oğurlanmış akkumulyatorlar həmin yerlərdən maddi sübut kimi götürülüb.


Xəbərə aid fotolar