Azərbaycanda “Sağlam qida” tədbirlərinə start verildi (FOTO)


Digərləri 15 Mar 2019 15:02:00 218 0

Azərbaycanda “Sağlam qida” tədbirlərinə start verildi (FOTO)

Payızlıq əkinlərə qulluq, bağlarda erkən yaz tədbirlərinin aparılması və yazlıq tarla işlərinə hazırlıq dövründə bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması önəmli olmaqla yanaşı məsuliyyət də tələb edir.

Bakı. Payızlıq əkinlərə qulluq, bağlarda erkən yaz tədbirlərinin aparılması və yazlıq tarla işlərinə hazırlıq dövründə bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması önəmli olmaqla yanaşı məsuliyyət də tələb edir. Hazırda təsərrüfat sahibləri bol məhsul almaq üçün torpağın qidalandırılması, bitkilərin inkişafı və zərərli orqanizmlərdən qorunması üçün zəruri vasitələrdən, xüsusi ilə aqrokimyəvi maddələrdən və bitki mühafizə vasitələrindən istifadə edirlər. Trend-in məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, müvafiq tədbirlər görərkən torpaq, hava, su çirkləndirilməməli, eləcə də insanların və heyvanların sağlamlığına zərər vurulmamalıdır.