Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində yarışlar davam edir FOTO


Digərləri 15 Mar 2019 14:22:00 256 0

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində yarışlar davam edir  FOTO

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü davam edir.

Son.az Trend-ə istinadən, bu gün kişilər təsnifat mərhləsində dayaqlı tullanma, dəstəli at, turnik, qadın idmançılar isə gimnastika tiri, sərbəst hərəkətlər üzrə tapşırıqları yerinə yetirirlər.

Günün sonunda mükafatlandırma mərasimi olacaq, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku təqdim ediləcək.