Azyaşlı azarkeş: Murad Ağarzayevin qızıl medal qazanmasını istəyirəm


Digərləri 15 Mar 2019 14:23:19 220 0

Azyaşlı azarkeş: Murad Ağarzayevin qızıl medal qazanmasını istəyirəm

İdman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan idmançılarına azarkeşlik edirəm.

Bakı. Cani Babayeva - İdman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan idmançılarına azarkeşlik edirəm. Bunu Trend-ə Bakıda keçirilən turnirin azyaşlı azarkeşi İsmayıl Əhmədov deyib. İ.Əhmədov artıq iki ildir ki idman gimnastikası ilə məşğul olduğunu bildirib: "Buna görə də mənə gimnastların mübarizəsinə baxmaq maraqlıdır. Bütün Azərbaycan idmançılarına, xüsusən də Murad Ağarzayevə azarkeşlik edirəm. Arzulayıram ki, qızıl medal qazansın". O, final mərhələsində də gimnastlarımıza azarkeşlik edəcəyini vurğulayıb.