İndoneziya səfirinin AzMİU tələbələri ilə maraqlı görüşü (FOTO)


Digərləri 15 Mar 2019 14:00:00 320 0

İndoneziya səfirinin  AzMİU tələbələri ilə maraqlı görüşü (FOTO)

Bu gün İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bəy Fanani Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüşüb.

Bakı. Bu gün İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bəy Fanani Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüşüb. AzMİU-dan Trend-ə verilən məlumata görə, görüşü giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açıb, qonaqları salamlayıb, İndoneziyanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyib. G.Məmmədova səfirin ölkəmizi çox sevdiyini, Azərbaycanın tarixini, mədəniyyətini yaxşı tanıdığını vurğulayıb. Universitetin rəhbərliyini, müəllimləri və tələbələri salamlayan səfir görüşün təşkil edilməsinə görə AzMİU-nun rəhbərliyinə təşəkkür edib. Hüsnan Bəy Fanani Novruz bayramı ərəfəsində AzMİU-nun tələbələri ilə görüşmək və onların qarşısında çıxış etməkdən məmnun olduğunu bildirib.