Gürcüstanda azərbaycanlı əsgəri döyənlər saxlanılıb (VİDEO)


Digərləri 15 Mar 2019 13:47:00 179 0

Gürcüstanda azərbaycanlı əsgəri döyənlər saxlanılıb (VİDEO)

Gürcüstan Müdafiə Nazirliyinin hərbi polisi azərbaycanlı əsgərin döyülməsində şübhəli bilinən iki nəfəri saxlayıb

Bakı. Gürcüstan Müdafiə Nazirliyinin hərbi polisi azərbaycanlı əsgərin döyülməsində şübhəli bilinən iki nəfəri saxlayıb. Bu barədə Trend-ə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunub ki, yaxın saatlarda həmin şəxslərə ittiham irəli sürüləcək və həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi nəzərdən keçiriləcək. Xatırladaq ki, bir müddət Gürcüstan ordusunda hərbi xidmət keçən Kazım Qəhrəmanov Krtsanisi hərbi hissəsində döyüldüyü barədə şikayət etmişdi.