Azərbaycanda inflyasiya dərəcəsi 0.8 faiz təşkil edib


Digərləri 15 Mar 2019 13:34:00 228 0

Azərbaycanda inflyasiya dərəcəsi 0.8 faiz təşkil edib

Cari ilin yanvar-fevral aylarında (fevral ötən ilin dekabrına nəzərən) Azərbaycanda inflyasiya dərəcəsi 0.8% təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankin hesabatinda bildirilir.

O cümlədən, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artıb, xidmətlər üzrə isə 0.6% aşağı düşüb. Ərzaq qiymətləri başlıca olaraq mövsümi amillərdən təsirlənib.

Yanvar-fevral aylarında istehlak səbətinə daxil olan məhsulların 15%-nin qiyməti dəyişməyib, 16%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsulların 85%-nin qiymət artımı 2%-dən aşağı olub.