“Ölkəmizi tanıyaq” layihəsinin tur-aksiya iştirakçıları Bakı-Naxçıvan marşrutu istiqamətində yola salındılar (FOTO)


Digərləri 15 Mar 2019 13:37:00 189 0

“Ölkəmizi tanıyaq” layihəsinin tur-aksiya iştirakçıları Bakı-Naxçıvan marşrutu istiqamətində yola salındılar (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaradağ rayon orta ümumtəhsil məktəblərində 9-11-ci siniflərində təhsil alan şagirdlilərinin “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaların növbəti mərhələsi təşkil olunub.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaradağ rayon orta ümumtəhsil məktəblərində 9-11-ci siniflərində təhsil alan şagirdlilərinin “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaların növbəti mərhələsi təşkil olunub. Trend-in məlumatına görə, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli Lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyəti çox böyükdür. Sayca 11-ci tur-aksiya çərçivəsində Qaradağ rayonundan olan 27 nəfər məktəblinin növbəti dəfə səfəri təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 15-18 mart 2019-ci il tarixlərində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiyada Qaradağ rayon məktəbliləri Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Mart ayının 15-də Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində tur -aksiyada iştirak edəcək Qaradağ rayon məktəblilərinin yola salınması ilə bağlı görüş keçirilib. Əvvəlcə iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə tər güllər düzüb, dahi rəhbərə hörmət və ehtiramlarını bildiriblər. Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Qeyd olunub ki, tur-aksiya zamanı məktəblilərin Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə, Duz dağına və digər tarixi yerlərə də səfərləri təşkil olunacaq.