“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırıldı (FOTO)


Digərləri 15 Mar 2019 13:15:00 186 0

“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırıldı (FOTO)

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə təşkil olunan “Hackathon” müsabiqəsi başa çatıb.

Bakı. “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə təşkil olunan “Hackathon” müsabiqəsi başa çatıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, 11-12 mart tarixlərində keçirilən müsabiqənin qalibləri bu gün keçirilən mükafatlandırma mərasimində təltif edilib. Müsabiqə iştirakçıları informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllər (IDS üçün skript, modul və ya proqram həlli) təqdim ediblər. 30 saat ərzində müsabiqədə 20-dən çox mütəxəssis, 6 komanda iştirak edib. İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və s.), eləcə də Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik şəxslərdən seçilib.