Real-ın Militao ilə müqaviləsinin detalları bəlli oldu


İdman 15 Mar 2019 12:30:00 289 0

Real-ın Militao ilə müqaviləsinin detalları bəlli oldu

Porto-nun müdafiəçisi Edera Militao karyerasını Real-da davam etdirəcək.

Goal.az xəbər verir ki, Madrid klubu Zidanın qayıdışından sonra ilk transferini həyata keçirmək üzrədir. 21 yaşlı futbolçu ilə danışıqlar aparıldığı rəsmən elan edilib. Braziliyalı futbolçu “kral klubu”na yayda qoşulacaq. 6 illik müqavilə Real-a 50 milyon avroya başa gələcək.

Militao Porto-ya 2018-ci ildə San-Paulu-dan keçib. Cari mövsüm Portuqaliya çempionatında keçirdiyi 20 oyunda 2 qol vurub.