Gömrük sahəsində aparılan islahatlar barədə sahibkarlara ətraflı məlumat verilib (FOTO)


Digərləri 15 Mar 2019 12:05:00 216 0

Gömrük sahəsində aparılan islahatlar barədə sahibkarlara ətraflı məlumat verilib (FOTO)

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyev ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf proqramının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, sahibkarlığın inkişafının prioritet məsələlərdən biri olduğunu və qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini bildirib. Qeyd edilib ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait, strateji yol xəritələri, yerli istehsalın artırılması məqsədilə həyata keçirilən tədbirlər Azərbaycanda özəl sektora diqqət və qayğının nəticəsidir. Sahibkarlığın inkişafında gömrük xidmətinin də mühüm rol oynadığını vurğulayan Telman Mehdiyev gömrük orqanlarında biznes subyektlərinin işinin asanlaşdırılması üçün layihələrin həyata keçirildiyini deyib.