Qamışdan düzəldilmiş ev yandı


Digərləri 15 Mar 2019 11:26:00 206 0

Qamışdan düzəldilmiş ev yandı

Beyləqan rayonunun Eyvazalılar kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb.

Bu barədə Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.