Avropa Liqasında bu gün son püşk atılır


İdman 15 Mar 2019 10:52:00 247 0

Avropa Liqasında bu gün son püşk atılır

Bu gün UEFA Avropa Liqasının 1/4 final və yarımfinal mərhələlərinin, eləcə də Bakıda keçiriləcək final qarşılaşmasının püşkü atılacaq.

Goal.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Çempionlar Liqasının püşkatma mərasimindən 1 saat sonra - Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Prosedura əsasən, komandalar “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünməyəcəklər. Bir ölkəni təmsil edən kollektivlər bir-birləri ilə düşə bilərlər.

Adları birinci çıxacaq komandalar ilk oyunu evdə keçirəcəklər. Əvvəlki mövsümlərlə müqayisədə, bu dəfə təkcə 1/4 finalın deyil, yarımfinal və finalın (nominal meydan sahibi) da püşkü atılacaq. 

Qeyd edək ki, aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.

Püşkatmaya qatılacaq komandalar:

Eintracht (Almaniya)

Arsenal (İngiltərə)

Valencia (İspaniya)

Benfica (Portuqaliya)

Chelsea (İngiltərə)

Villarreal (İspaniya)

Napoli (İtaliya)

Slavia (Çexiya)