İsmayıllıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)


Digərləri 15 Mar 2019 10:21:13 218 0

İsmayıllıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)

Martın 14-də İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 3 nəfər rayon sakini onlara məxsus “VAZ 2106” markalı avtomobillərdən akkumulyatorların oğurlanması barədə məlumat veriblər.

Bakı. Martın 14-də İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 3 nəfər rayon sakini onlara məxsus “VAZ 2106” markalı avtomobillərdən akkumulyatorların oğurlanması barədə məlumat veriblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Asim Məmmədov saxlanılıb.