Ayselin ailəsini dağıtdığını deyən qadından daha bir ŞOK AÇIQLAMA


Digərləri 15 Mar 2019 10:12:00 258 0

Ayselin ailəsini dağıtdığını deyən qadından daha bir ŞOK AÇIQLAMA

Müğənni Aysel Əlizadənin adı keçən qalmaqalla bağlı qarşı tərəfin ittihamları bitmək bilmir.

Son.az xəbər verir ki, müğənninin ailəsini dağıtdığını iddia edən Turanə Nəcəfova "Səni axtarıram"da keçmiş əri Elçin Nəcəfovun onu silahla təhdid etdiyini deyib:

"Xoşqədəm xanım, məni qorxudan səbəb var. Yoldaşımın silahı var. Silahının sənədi var, yoxdur bilmirəm. Məni yoldaşım silahla təhdid edib. Evdən çıxanda, ayrılanda - 2017-ci il yanvarın 7-si silahla məni təhdid edərək, evdən məcbur döyüb qovdu. Məni silahla öz evimdən çıxartdı, balaca qızımla bərabər. Dedi onu istəmirəm, o qızı apar. Mən indi ondan övladımı almaq istəyirəm. Haqq, hüquq da qərarı mənə verib. Ancaq qarşı tərəf qərəzli şəkildə onu məndən qaçırır gizlədir. Uşağı mənə qarşı öyrədib, döndərib".