İrəvandakı aksiyada qarşıdurma,


Dünya 15 Mar 2019 09:51:00 210 0

İrəvandakı aksiyada qarşıdurma,

Bu gün Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyasında yerli sakinlərlə polislər arasında qarşıdurma yaşanıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, polis ticarət obyektlərinin sökülməsinə etiraz edən bir qrup şəxsə qarşı zor tətbiq edib. Nəticədə bir neçə nümayişçi xəsarət alıb. 

Məlumata görə, etirazlar zamanı yaralanan 4 nəfər xəstəxanaya müraciət edib. Aksiyada müxalif deputat Naira Zöhrabyanın ayağından xəsarət aldığı deyilir.