Afətin mahnısına rəqs edən tibb bacıları işdən qovuldular VİDEO


Digərləri 15 Mar 2019 09:55:00 270 0

Afətin mahnısına rəqs edən tibb bacıları işdən qovuldular  VİDEO

Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub

.

Son.az axşam.az-a istinadən bildirir ki, buna səbəb onların müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya videorolik hazırlaması olub.

Bu barədə aparıcı-prodüser Tarix Əliyev İnstaqram hesabından məlumat yayıb. Prodüser bildirib ki, məsələ ilə bağlı özü xəstəxananın baş həkimi Elçin Əmirova zəng edib, lakin qarşı tərəf telefona cavab verməyib.

Daha sonra o, işdən çıxarılan xanım əməkdaşlardan biri ilə əlaqə saxlayıb. Özünü xəstəxananın tibb bacısı kimi təqdim edən İlahə adlı qadın 10 saniyəlik videonu çəkərək şəxsi İnstaqram və "Whatsapp" hesablarından paylaşdığını bildirib. Onun iddiasına görə, martın 6-da səhər saat 10-un yarısı baş həkim onları işə çağıraraq "məni bütün Azərbaycanda biabır etdiniz" deyib və ərizə yazaraq işdən çıxmalarını tələb edib.

İlahəni sözlərinə görə, onlar nə qədər yalvarsalar da, baş həkim onlara məhəl qoymayıb. Aylıq 160 manata işlədiyini deyən qadın işdən çıxarılan digər 4 nəfərin tibb işçisi, bufetçi və xadimə olduqlarını qeyd edib.

T.Əliyev daha sonra yeni video yayımlayıb və fikirlərini bölüşüb: