1,3 milyon dollarlıq ətir


Digərləri 15 Mar 2019 08:59:00 332 0

1,3 milyon dollarlıq ətir

Dubayda kişilər və qadınlar üçün dünyada ən bahalı ətriyyat məhsulu təqdim edilib. Onun qiyməti 4,7 milyon dirhəmdir (1,3 milyon dollar).

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Nabeel Perfumes" şirkətlər qrupunun məşhur ətriyyat brendlərindən biri - "Spiritof Dubai Parfums" dünyada ən bahalı ətri - "Shumukh"ini təqdim edib. Unikal məhsulu yalnız "Dubai Mall" ticarət mərkəzindəki "Fashion Avenue"də "ART+" ekspozisiyası çərçivəsində görmək olar.

Şirkətin məlumatında deyilir ki, dəbdəbə və nəfislik timsalı olan "Shumukh" zərgərlik və ətriyyat sənəti nümunəsidir. Ətir qabı ümumi çəkisi 38,55 karat olan 3,5 min brilyantla, habelə topaz və mirvari ilə bəzədilib. Flakonun tərkibi 2 479,2 qram xalis qızıldan və 5 892,88 qram xalis gümüşdən ibarətdir.