İtaliyada oğul Breygelin saxta rəsm əsəri oğurlanıb


Digərləri 15 Mar 2019 08:38:00 323 0

İtaliyada oğul Breygelin saxta rəsm əsəri oğurlanıb

İtaliyanın Castelnuovo-Magra şəhərində (Liquriya vilayəti) yerləşən Müqəddəs Mariya Maqdalena kilsəsindən oğul Piter Breygelin burada saxlanan "Çarmıxa çəkilmə" adlı rəsm əsəri oğurlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 13-də iki qarətçi kilsəyə daxil olaraq rəsmin üzərini örtən şüşəni sındırıb və əsəri oğurlayaraq ağ rəngli "Peugeot" avtomobillə hadisə yerindən uzaqlaşıb.

Şəhər meri və məbədin baş keşişi əvəzolunmaz itki barədə danışmağa başlayıb. Lakin sonradan məlum olub ki, onlar istintaqın maraqları naminə yalan danışırmış. Belə ki, hələ bir ay bundan öncə hazırlanan qarət barədə informasiya daxil olduqdan sonra karabinyerlər əsl Breygeli saxtası ilə əvəzləyib və kilsədə videokameralar quraşdırıblar. Hazırda qarətçilər video görüntünün köməyi ilə axtarılır.