16 yaşlı məktəblinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb


Digərləri 15 Mar 2019 08:12:00 221 0

16 yaşlı məktəblinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb

İsveçin 16 yaşlı məktəblisi və ictimai fəalı - Qreta Tunbergin 2019-cı il üzrə Nobel sülh mükafatına namizədliyi verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, özünü dünya gənclər hərəkatının lideri elan edən Qreta Tunberginin bu mükafata namizədliyini isveçli və norveçli parlament üzvləri irəli sürüblər.

Q.Tunberg ətraf mühitlə bağlı problemlərə görə keçirdiyi aksiyalarla gündəmə qəlib. O, 2018-ci ilin yayında İsveçdə kəskin isti hava şəraitinə görə başlamış meşə yanğınları ilə bağlı hökumətin ətraf mühit problemlərə biganəlik göstərməkdə ittiham edib və buna etiraz olaraq məktəbə getməyəcəyini bildirib.