346 nəfərin qatili: Təyyarə qəzası ilə bağlı 8 ay öncəki şok təfərrüatı ortaya çıxdı


Digərləri 15 Mar 2019 08:16:00 204 0

346 nəfərin qatili: Təyyarə qəzası ilə bağlı 8 ay öncəki şok təfərrüatı ortaya çıxdı

Bir neçə ay ərzində İndoneziya və Efiopiyada dəhşətli qəzalara və 346 nəfərin ölümünə səbəb olan "Boeing 737 Max 8" təyyarəsi ilə bağlı şok təfərrüat üzə çıxıb.

Son.az xəbər verir ki, Efiopiyadakı qəzadan aylar öncə bir çox amerikalı pilotun təyyarə ilə bağlı şikayət ərizəsi yazdığı aşkarlanıb.

"The Dallas Morning News" nəşrinə açıqlama verən pilotlar 8 ay öncə təyyarənin sistemi ilə bağlı şirkətə xəbərdarlıq göndərdiklərini bildiriblər. Ötən ilin oktyabr və noyabr aylarında ən az 5 şikayət şirkətə göndərilib. Bu ərizələrdə avtomatik pilot rejimi və təyyarənin havaya qalxdıqdan bir müddət sonra nəzarətsiz şəkildə yerə enməsi ilə bağlı məqamlar əksini tapıb. Bundan başqa, təyyarənin havaya qalxması əsnasında burnunun yerə doğru əyilməsi ən çox şikayət edilən detallardan olub.