ƏbuDabi turistlərin cəlb olunması üçün 500 milyon dirhəm sərf edəcək


Digərləri 15 Mar 2019 07:19:00 206 0

ƏbuDabi turistlərin cəlb olunması üçün 500 milyon dirhəm sərf edəcək

Əbu-Dabi Turizm və Mədəniyyət İdarəsi əmirliyə turistlərin cəlb olunması üçün 500 milyon dirhəm (137 milyon dollar) xərcləyəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı idarənin rəis müavini Seyf Səid Qobaş açıqlayıb.

Marketinq proqramının məqsədi - Əbu-Dabinin rəqabətədavamlılığını möhkəmləndirmək və növbəti üç il ərzində aparıcı bazarlarda Əmirliyin turizm imkanları barədə məlumatlılığı artırmaqdır. Bununla əlaqədar, Əbu-Dabi ABŞ, Çin, Böyük Britaniya, Rusiya və Hindistanda bu ölkələrdən turist axınının artırılması üçün təqdimatlar keçirəcək.