Barmaq izi skanerinə malik bank kartı hazırlanıb


Dünya 15 Mar 2019 04:11:00 239 0

Barmaq izi skanerinə malik bank kartı hazırlanıb

Rəqəmli təhlükəsizlik sahəsində fəaliyyət göstərən Niderlandın "Gemalto" şirkəti daxili barmaq izi skanerinin köməyi ilə ödəniş etməyə imkan verəcək debet kartı hazırlayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu futuristik ödəniş texnologiyası növbəti ay real şəraitdə sınaqdan keçiriləcək. Britaniyanın "Natwest" bankının öz müştəriləri üçün çıxardığı 200 sınaq kartının köməyi ilə PIN kod daxil etmədən təmassız NFC ödənişləri həyata keçirmək mümkün olacaq.