Azərbaycan nefti bahalaşır


Digərləri 14 Mar 2019 23:42:00 379 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 68,59 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,65 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 65,1 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,6dollar/barel çoxdur.