Valideynlərə XƏBƏRDARLIQ! Uşaqlarınıza


Digərləri 14 Mar 2019 23:35:00 236 0

Valideynlərə XƏBƏRDARLIQ! Uşaqlarınıza

Uşaqlarda yaradıcılığın inkişafı üçün adətən onlara çoxlu oyuncaq alınır. Lakin daha çox oyuncaq uşaqlara mənfi təsir göstərir. Uşaqların ən önəmli faəliyyətlərindən biri məhz oyunlardır. Onların həyatında xüsusi rola malik olan oyuncaqların seçimi isə mühüm əhəmiyyət kəsb edir.   Son.az medicina.az-a istinadən bildirir ki, mövzu ilə bağlı psixoloq Səbinə Bayramovanın dediyinə görə, oyuncaq seçimi edərkən, valideynlər həmin oyuncağın uşağın zəka inkişafına dəstəkləyici olmasına diqqət etməlidir: "Öyrədici oyuncaqlar əyləncəli olmaqla yanaşı, uşaqların həm özünü, həm də cevrəsini, ətraf mühiti tanımalarına yardımçı olan vasitələrdədir. Oyuncaqlar uşağın yaşına və inkişafına uyğun seçilməyəndə mənfi təsirlər yaradır. Yəni uşağın yaş və inkişafına uyğun oyuncaq seçimi edildikdə, uşağın inkişafı da onun təsiri ilə irəliləyir".

Psixoloqun sözlərinə görə, oyuncaqlar uşağın yaşına görə alınmalıdır: "Uşaqlar əgər kiçik yaş dövründədirsə, burada rənglər də rol oynayır. 4 rəng: qırmızı, yaşıl, sarı, mavi. Bu 4 rəng uşağın həm diqqətini korreksiya edir, həm görmə qabiliyyətinin inkişafına kömək edir, həm də intellektual qabiliyyətlərini yüksəldir. Bu səbəbdən əsasən kiçik yaş dövründə bu rəngli oyuncaqlara üstünlük verilməlidir".

S.Bayramova deyir ki, cürbəcür rənglər uşaqlarda diqqət əskikliyinə yol açır: "Azyaşlı uşaqlara daha az oyuncaq almaq kifayət edir. Kiçik yaşlarında daha az oyuncaq olmalıdır ki, uşaq ona bələd ola bilsin, onu digər şəyalardan ayırd edə bilsin. Körpə uşaqlara 2-3 oyuncaq almaq məsləhətlidir. Getdikcə o, artıq öz oyuncağını tanıdıqdan, ətraf mühiti ayırd etdikdən sonra oyuncaqları artıra bilərsiniz".