Pinin yeni rekordunu qıran qadın


Digərləri 14 Mar 2019 23:12:00 211 0

Pinin yeni rekordunu qıran qadın

Emma Haruko Iwao pi ədədinin ifadə etdiyi rəqəmin dəyərini yenidən hesablayaraq dünya rekordunu qırıb.

Google əməkdaşı olan bu qadın 121 gün ərzində 170 tetrabayt yaddaş və 25 virtual maşından istifadə edərək pi-nin 31 trilyon rəqəmə bərabər olduğunu tapıb. Əvvəlki rekorda görə bu, 22 trilyon idi.

Pi dairənin uzunluğunu onun diametrinə böləndə alınan rəqəmdir.

Onun ilk üç rəqəmi - 3.14 riyaziyyat elmində daha çox istifədə olunur.

Pi mühəndislik, fizika, super kompüterləşdirmə və kosmik axtarışlar üçün çox əhəmiyyətlidir. Çünki, onun dəyəri dalğaların, silindrlərin və dairələrin hesablanmasında istifadə edilə bilər.

"Çox təəccübləndim", xanım Iwao deyib.

"Hələ də reallığı anlamağa çalışıram. Dünya rekordu [əldə etmək] həqiqətən çətin idi".

Pi-nin simvolu yunan əlifbasında 16-cı hərfdir

Iwao bundan sonra işini genişləndirmək istəyir.

"Pi ilə son yoxdur, rəqəmlərlə daha çox işləmək istəyərəm", o, BBC News-a deyib.