Britaniya: Deputatlar Brexitin gecikdirilməsi


Dünya 14 Mar 2019 23:13:00 205 0

Britaniya: Deputatlar Brexitin gecikdirilməsi

Britaniya deputatları Baş nazir Theresa May-ın Avropa İttifaqından Brexit-i gecikdirməyin mümkünlüyünü soruşmasının lehinə səs veriblər.

Bu o deməkdir ki, Britaniya planlaşdırıldığı kimi martın 29-da Aİ-dən çıxmaya bilər.

Baş nazir deyir ki, Brexit 3 ay, iyunun 30-dək gecikdirilə bilər.

Bunun üçünsə gələn həftə deputatlar onun hazırladığı anlaşmanın lehinə səs verməlidir.

Əks halda isə o, uzunmüddətli çıxış yolları axtaracaq - bütün hallarda hər şey 27 Aİ ölkələri ilə razılaşdırılmalıdır.

İkinci referendum təklifi

Bundan əvvəl parlamentarilər ikinci bir referendum keçirməyə çağıran düzəlişi rədd ediblər.

Müstəqil Qrupdan deputat Dr Sarah Wollaston-ın düzəlişində başqa bir referendum keçirilməsi üçün 50-ci Maddənin uzadılmaı nəzərdə tutulurdu.

Deputat bu təklifi 249 səslə rədd edib. 334 nəfər əleyhinə, 85 isə lehinə səs verib.

Bu səhər Brexit-in kölgə naziri Ser Keir Starmer deyib ki, Leyboristlər düzəlişi dəstəkləməyəcək.

"Xalqın Səsi" rəsmi kampaniya da "düz vaxt seçilmədiyi üçün" deputatların düzəlişə qarşı çıxmasına tərəfdar olub.

Onlar həmçinin deputatların Brexit prosesində nəzarəti ələ keçirməsinin də əleyhinə 2 fərqlə səs veriblər.

Baş nazir Teresa May AB-dən müqaviləsiz çıxmağa qarşı səs verəcəyini vəd edib. Ancaq deputatlar onun gözlədiyindən daha sərt qadağa müəyyənləşdiriblər.

Çərşənbə günü deputatlar Theresa May hökumətinə daha bir zərbə vurublar: hökumət Avropa İttifaqından sadəcə 29 mart tarixi üçün müqaviləsiz çıxmağa qadağa qoyulmasını istəmişdi, İcmalar Palatası isə buna heç vaxt imkan verməyəcək düzəlişə səs verib.

Bu vacib düzəliş cəmi 4 səs fərqiylə qəbul edilib: 308-ə qarşı 312. Hökumət üçün əmredici xarakter daşımasa da, parlamentin iradəsini nümayiş etdirən indikator kimi məsələ siyasi baxımdan çox vacibdir.

"Hər hansı başqa razılaşma əldə edilməsə, hüquqi baxımdan müqaviləsiz çıxmaq imkanımız qalır", səsvermədən sonra Theresa May belə deyib.

O qeyd edib ki, indi parlament qarşısında iki seçim var: birincisi, artıq iki dəfə rədd edilmiş Brexit razılaşması variantını bəyənib məsələni ikinci dəfə referendum keçirmək məcburiyyətinə qədər çatdırmaq (May hesab edir ki, bu, xalqın demokratik institutlara inamını sarsıda bilər), ikincisi, Aİ və Britaniya arasında yeni şərtlərlə müqavilənin bağlanmasına nail olmaq.