Nizami Gəncəvi hansı məzhəbə mənsub olub?


Digərləri 14 Mar 2019 23:15:00 413 0

Nizami Gəncəvi hansı məzhəbə mənsub olub?

Məşhur Azərbaycan şairi Nizami Gəncəvi hansı məzhəbə mənsub olmuşdur?

Şərq aləminin digər böyük şairləri kimi Nizami Gəncəvinin də şiə yoxsa əhli-sünnə məzhəbindən olması barədə tədqiqatçılar arasında fikir aytrılığı vardır. Bəzi alimlər bu böyük şairin Əhli-beyti mədh edən beytlərini nəzərə alaraq, onu şiə hesab etmişlər. Son.az islam.az-a istinadən bildirir ki, həqiqətən, Nizaminin əsərlərində Əhli-beyt üzvlərinə, İmam Əliyə (ə) xüsusi ehtiram və sevgi hiss edilir. Amma unutmaq olmaz ki, onun poema və qəsidələrində raşidi xəlifələri, əhli-sünnənin mötəbər saydığı səhabə və alimlər haqqında da çoxlu təriflər mövcuddur. Nizaminin Əhli-beytə xüsusi sevgisini onun şafii məzhəbinə mənsub olması ilə də əlaqələndirmək mümkündür; çünki bu xüsusiyyət şafii məzhəbinə məxsusdur. Nizami Gəncəvi Allahın bu dünyada adi gözlə görünməsi, cəbr (iradə azadlığının inkarı) kimi əhli-sünnə üçün xarakterik olan əqidə əsaslarına inanmışdır. O zamankı Gəncə şəhərinin əhalisinin dini tərkibi barədə məlumatları da nəzərə alsaq, Nuzami Gəncəvinin əhli-sünnə məzhəbinə mənsub olması daha inandırıcı görünür. Hər bir halda Nizami Gəncəvi dini qaydalara ciddi əməl edən, gözəl əxlaqlı, təqvalı, zahidanə həyat tərzi sürən bir şəxs olmuş, "şeyx Nizami" kimi tanınımışdır.